Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru vəzifəsinə təyinat olub.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, direktor vəzifəsinə Ədalət Həsənov təyinat alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Şakir Musayev ötən həftə vəzifəsindən azad olunub. Ə. Həsənov Ş. Musayevin müavini olub.