Nazirlikdə xüsusi komissiya yaradıldı - Xəstənin sağlam ayağının kəsilməsi ilə bağlı

Nazirlikdə xüsusi komissiya yaradıldı   - Xəstənin sağlam ayağının kəsilməsi ilə bağlı

Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində şəkərli diabet xəstəsi olan Tərlan Əliyevanın sağ ayağının səhvən kəsilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb. 

Eyni zamanda, məsələ hüquq-mühafizə orqanları tərəfindən də araşdırılır: “Həm Səhiyyə Nazirliyinin tibbi ekspertizasının, həm də hüquq-mühafizə orqanının araşdırmasının nəticələri toplandıqdan sonra ictimaiyyətə açıqlama veriləcək”.

Xatırladaq ki, Tərlan Əliyevanın sol ayağının kəsilməsi üçün diaqnoz qoyulub. Lakin xəstəxananın cərrah həkimi Valeh Kərimov xəstənin səhvən sağ ayağını kəsib.

Xəbər 444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR