Rayonların tut tingləri ilə təchiz edilməsi üçün açıq tender keçiriləcək.
Azərbaycanda baramaçılığın inkişafı və ipəkqurdunun yem bazasının bərpası üçün yeni tut (çəkil) bağları salınacaq.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki,Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, rayonların tut tingləri ilə təchiz edilməsi üçün açıq tender keçiriləcək.
Tender iştirakçılarına “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etmək tövsiyə olunur. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak haqqı 200 AZN təşkil edir. İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) avqustun 1-i saat 17:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə avqustun 25-i saat 17:00-a qədər Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 80 ünvanda yerləşən Kənd Təsərrüfatı Nazirliyinə təqdim etməlidirlər.