Nazirlik yarım milyona yaxın cərimə yazdı

Nazirlik yarım milyona yaxın cərimə yazdı

2016-cı ilin 6 ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, balıq ehtiyatlarının, fauna və floranın mühafizəsi, o cümlədən məişət və istehsalat tullantılarının idarə olunması sahəsində yol verilmiş qanun pozuntularına görə 1070 akt və 351 protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 319 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 329 iş üzrə 395 780 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 249 iş üzrə 483 841 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı isə 2 647 iş üzrə 494 304 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilən 207 işdən 115-nə, icra qurumlarına göndərilən 172 işdən 87-nə, məhkəmələrə göndərilən 129 işdən 25-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Xəbər 369 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR