Nazirlik xəbərdarlıq edir: bu dərmanları almayın

Nazirlik xəbərdarlıq edir:   bu dərmanları almayın

Son günlər bəzi kütləvi informasiya vasitələrində "Akineton", "Fenazepam" və "Alflutop" adlı dərmanların apteklərdə tapılmaması barədə məlumatlar yayılıb. 

Səhiyyə Nazirliyinin mətbuat mərkəzindən Aktual.az-a daxil olan məlumata görə, bu dərmanlar Tarif Şurası tərəfindən qiymətləri tənzimlənmiş, habelə növbəti etapda qiymətlərinin tənzimlənməsi nəzərdə tutulmuş təsiredici maddəyə malik dərmanların siyahısına daxil deyil. Nazirlik həmçinin bu dərmanların istifadəsini məsləhət görmür:

“"Akineton" adlı dərman vasitəsi Azərbaycan Respublikasında istehsalçı şirkət tərəfindən dövlət qeydiyyatından keçməyib və ona görə də bu dərman vasitəsini istehlakçılara almamaq tövsiyə olunur. 

"Fenazepam" preparatı psixotrop dərman vasitəsi olduğuna görə onun aptekdən satışı yalnız müalicə həkiminin təyinatı əsasında reseptlə aparılır.

"Alflutop" preparatının tərkibində xırda dəniz balıqlarının bioaktiv konsentratı var və osteoartrozun, osteoxandrozun, spondilyozun müalicəsində köməkçi vasitə kimi istifadə edilir. Bu cür xəstəliklərin müalicəsi üçün dövlət qeydiyyatında olan bir sıra dərman vasitələri mövcuddur.” – deyə nazirliyin açıqlamasında bildirilir. 

Xəbər 930 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR