Bu gün Bakı şəhəri, Qaradağ rayonu ərazisində püskürən vulkan "Otmanbozdağ" vulkanıdır.
Aktual.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev "Report"a açıqlamasında deyib ki, hazırda ərazidə ekspertiza işləri başlanılıb: "Püskürən vulkanın ocağı Səngəçalda deyil, Sahil qəsəbəsindən 36 km uzaqlıqda yerləşir. "Otmanbozdağ" vulkanı dünyanın ən böyük palçıq vulkanlarındandır. Bu günə kimi uzun illər ara ilə üç dəfə püskürüb. Axırıncı dəfə 1965-ci ilin oktyabrın 1-də püskürüb".
Onun sözlərinə görə, vulkan püskürməsi hadisəsi fevral ayının 6-sı təxminən saat 12-13 radələrində baş verib: "Hazırda vulkan püskürməsi dayanıb".
Mütəxəssis vulkanın yenidən püskürməsi təhlükəsi ilə bağlı danışaraq bildirib ki, "Otmanbozdağ" vulkanı ətrafında xeyli sayda kiçik vulkanlar yerləşir: "Otmanbozdağ" vulkanının yenidən püskürmə təhlükəsinin olması barədə konkret bir şey demək olmaz, amma ətrafdakı kiçik vulkanlarda aktivləşmə ehtimalı ola bilər".
C.Paşayev əlavə edib ki, hadisənin baş verdiyi ərazinin yaxınlığında yaşayış məntəqəsi və obyektlər yoxdur.
Aktual.az
Xəbər 513 dəfə oxunub.