Nazirlik sosial şəbəkədə yayılan videoya münasibət bildirdi - VİDEO

Nazirlik  sosial şəbəkədə yayılan videoya münasibət bildirdi   - VİDEO

Müəllim qız uşağını vurur.

Təhsil Nazirliyi sosial şəbəkədə müəllimin şagirdi döyməsini əks etdirən videoya münasibət bildirib.

Sosial şəbəkədə yayılan videoda görünür ki, müəllim dərsini bilməyən qız uşağının başından vurur, daha sonra isə onu təhqir edir.

Videonu yayan şəxs bildirib ki, hadisə Xırdalan şəhərindəki 9 saylı məktəbdə baş verib.

Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirib ki, sosial şəbəkələrdə yayılmış video ilə bağlı hazırda araşdırma aparılır:

“Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcəkdir”. 

Xəbər 710 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR