Sumqayıtda 22 saylı orta məktəbin şagirdin müəllimi tərəfindən döyülməsi faktı araşdırılır.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, araşdırmanın nəticələri ictimaiyyətə təqdim ediləcək.
Xatırladaq ki, sosial şəbəkələrdə Sumqayıt şəhər orta məktəbin 22 saylı orta məktəbin şagirdinin İdris adlı tarix müəllimi tərəfindən döyülməsi ilə bağlı video yayılıb. Müəllim dərsdə şagirdin başına çox sayda zərbələr endirib.