Nazirlik: İçlik vərəqələri öz dilimizdə olmayan dərmanlara rast gəlinir

Nazirlik: İçlik vərəqələri öz dilimizdə olmayan dərmanlara rast gəlinir

Hazırda dərman bazarında içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarına rast gəlinir.
 
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəmizə idxalı tam dayandırılmayıb.
Bildirilib ki, içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəmizə idxalının tam dayandırılması prosesi tədricən tənzimlənir: “Lakin dərman bazarında idxaldan asılılığımızın çox olması, ölkədə bəzi dərman vasitələrinə olan tələbat və dərman vasitələrinin çatışmazlığı hallarının qarşısının alınması məqsədilə bəzi içlik vərəqələri Azərbaycan dilində olmayan dərman vasitələrinin ölkəmizə idxalına və satışına icazə verilir. Lakin distribyuterlər həmin dərman vasitələrinin Azərbaycan dilində olan içlik vərəqələri ilə təmin olunmasına təminat verirlər. Əsasən bu cür dərman vasitələri bir neçə xarici ölkə üçün istehsal olunduğundan və ölkədə o dərman vasitələri çox az istifadə olunduğundan, onların içlik vərəqələri beynəlxalq dillərdən rus və ya ingilis dilində olur. İdxaldan sonra bu dərman vasitələri distribyuterlər tərəfindən Azərbaycan dilində olan içlik vərəqələri ilə təmin olunurlar”
Xəbər 272 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR