Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda baş vermiş yanğın nəticəsində xəsarət alan iki nəfərin vəziyyəti ağırdır.
Bu barədə Trend-ə Şirvan şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alan Şirvan şəhər sakinləri, 1972-ci il təvəllüdlü İsmayılov Sabit Əlisultan oğlu və 1976-cı il təvəllüdlü Xəlilov Vaqif Valeh oğlu hər iki ətrafın, üz və əllərinin, kürək nayihəsinin 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Hazırda hər iki xəstə şok vəziyyətindədir.
Aktual.az
Xəbər 503 dəfə oxunub.