Səhiyyə Nazirliyi Bakıda keçiriləcək məşhur yarışma ilə bağlı işçi axtarır.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyun ayında Bakıda “Formula-1” yarışının keçirilməsi ilə əlaqədar keyfiyyətli tibb xidmətlərinin göstərilməsi məqsədi ilə xarici dil bilən anestezioloq-reanimatoloqlar dəvət edilir.
Maraq göstərən şəxslərdən CV-lərini [email protected] elektron ünvana göndərilmələri xahiş olunur.