Erməni silahlı bölmələri noyabrın 2-nə keçən gecə cəbhənin şimal-qərb istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.
Bu barədə Aktual.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Cavab tədbirləri nəticəsində düşmən susdurulub.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə, bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.
Aktual.az
Xəbər 432 dəfə oxunub.