Müavin və rəhbərin maaşı arasında fərq 10% təşkil edir.
Diaqnostik qiymətləndirmədən keçən məktəb direktorların aylıq maaş haqqı 486 manata çatdırılıb.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin maliyyə şöbəsinin iqtisadçısı Səxavət Adıgözəlov jurnalistlər üçün təşkil edilmiş treyninqdə deyib.
Onun sözlərinə görə, bundan əvvəl direktorların maaşı 196, 210, 267 manat təşkil edib.
S.Adıgözəlov onu da qeyd edib ki, bundan başqa diaqnostik qiymətləndirmədən keçən direktor müavinlərinin maaşı isə 435 manat səviyyəsində müəyyən edilib.
Xatırladaq ki, direktor müavinlərinin aylıq maaşı direktorların maaşdan10% aşağıdır.
Təhsil Nazirliyinin rəsmisi onu da əlavə edib ki, bundan öncə də direktor müavinlərinin maaşı direktorların maaşından 10% aşağı olub.