Yanvarın 1-dən bu günə kimi 41 nəfər kimsəsiz şəxs təcili yardım briqadaları vasitəsilə müxtəlif xəstəxanalara yerləşdirilib.
Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya bildirib ki, onlar 6, 7, 18, 19, 26 nömrəli Birləşmiş Şəhər xəstəxanalarından birinə çatdırılıb. Kimsəsiz şəxslər arasında kişilərin üstünlük təşkil etdiyini deyən R.Nağıyev qeyd edib ki, onların səhhətində müxtəlif problemlər aşkarlanır: "Əgər kimsəsiz şəxsdə ciddi xəstəlik aşkar edilərsə, kliniki müalicə aparılır, sağlamdırsa, yüngül problemi varsa, şəhər xəstəxanalarından birinə yerləşdirilir”.
Onların sonrakı taleyinə gəlincə, R.Nağıyev qeyd edib ki, bu şəxslərin bəziləri qocalar evinə göndərilir: "Bir çox hallarda hüquq-mühafizə orqanlarına müraciət əsasında yaxınları tapılır və onlara təhvil verilir".
Aktual.az
Xəbər 447 dəfə oxunub.