Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 787,3 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
Bu barədə nazirlikdən Aktual.az-a bildirilib.
Həmin məbləğin 94,6%-i gecikdirilmiş əmək haqlarından, 3,2%-i işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.
Məlumata görə, yanvar-oktyabr aylarında qanunvericiliyin tələbləri pozulmaqla işdən azad edilmiş 20 nəfər vətəndaşın xidmət tərəfindən yenidən öz əvvəlki işlərinə bərpa olunması təmin edilib.
Aktual.az Xəbər 584 dəfə oxunub.