Nazirlər Kabinetinin iki şöbə müdiri vəzifədən azad edilib.
Aktual.az "Report”a istinadən xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Belə ki, Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov, Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev tutduğu vəzifələrdən azad olunublar.
Xəbər 1715 dəfə oxunub.