Nazirlər Kabineti: Kreditlərə güzəştlərin edilməsi müzakirə olunur

 Nazirlər Kabineti:   Kreditlərə güzəştlərin edilməsi müzakirə olunur

"İstehlak kreditlərinə güzəştlərin edilməsi məsələsi hazırda müzakirə olunur".

Aktual.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, istehlak kreditləri götürənlər adətən işləyən şəxslər olur: "Bu insanlara da dövlət dəstək göstərir. Bu proses bundan sonra da davam edəcək. Bütövlükdə güzəştlərin edilməsi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək".
Xəbər 739 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR