Nazirlər Kabineti karantin rejimində ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı yeni qərar qəbul edib

Nazirlər Kabineti karantin rejimində ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı yeni qərar qəbul edib

Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli qərarında dəyişiklik edilib.
Aktual.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Azərbaycanda yaranmış sanitar-epidemioloji vəziyyət nəzərə alaraq qəbul edilən qərara əsasən 2021-ci ilin aşağadakı günlərində bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
- 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək;
- 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək;
- 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək;
- 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək;
- 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək
Qərar dekabrın 28-də qüvvəyə minəcək.
Xəbər 142 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR