Nazirin qeyri-adi yeni il tətili - “Meşədə, tonqalla birlikdə çadırda”

Nazirin qeyri-adi yeni il tətili   - “Meşədə, tonqalla birlikdə çadırda”
  • DÜNYA

Rusiya xarici işlər naziri Sergey Lavrov həyatında baş verən ən qeyri-adi Yeni ildən danışıb.

Aktual.az-ın ans press-ə istinadən məlumatına görə, nazir jurnalistlərlə ən parlaq yeni il xatirələrindən birini bölüşüb.

Lavrov qeyd edib ki, o, qeyri-adi Yeni ili institut illərində qarşılayıb. Lavrov bunu meşədə turist çadırında tonqal ətrafında qeyd edib.

“Ən qeyri-adi Yeni il institut illərində sadəcə meşədə, tonqalla birlikdə çadırda olub”, - deyə Lavrov bildirib. Nazir vurğulayıb ki, institutda oxuyan zaman kurs yoldaşlarıyla birlikdə tez-tez yürüşlərə gedib. Bunlardan birində o, Yeni ili qarşılayıb.


Kolski yarımadası

“Biz yürüşlərə çox tez-tez gedirdik. Hər il yayda inşaat dəstələrinə gedirdik. Qış tətillərinə Arxanqelsk quberniyası Kolski yarımadasına səfərlər edirdik. Yürüşlərdən biri Yeni ilə düşdü. Soyuq idi, amma çox şən oldu”, - Lavrov deyib.

Yeni il Rusiyada ən çox sevilən bayramlardan biri sayılır. Bu ənənənin əsası 300 il bundan əvvəl Birinci Pyotrun əmri ilə qoyulub. Əmrdə, həmçinin ağac bəzəmək də öz əksini tapıb. Məhz küknar ağacı 19-cu əsrin axırlarında dəbə minib. 

Aktual.az

Xəbər 556 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR