Nazirin “NAZ-Lifan” alması ilə bağlı — RƏSMİ AÇIQLAMA

Nazirin “NAZ-Lifan” alması ilə bağlı   — RƏSMİ AÇIQLAMA

Nazirlik rəsmisi danışdı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev nazir Səlim Müslümovun şəxsi istifadəsi üçün “NAZ-Lifan” markalı maşın alması ilə bağlı xəbəri təkzib edib.

Aktual.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, E.Babayev bildirib ki, son iki ildə 1933 ədəd “NAZ-Lifan” markalı maşın alınıb və müharibə veteranlarına paylanılıb.

Şöbə müdrinin sözlərinə görə, yuxarıda qeyd olunanlardan başqa heç bir avtomobil alınmayıb.

“Naxçıvan Avtomobil Zavodundan “Naz-LİFAN” markalı minik avtomobilləri alınıb: “Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli sərəncamlarına əsasən, son iki il ərzində Naxçıvan Avtomobil Zavodundan 1933 ədəd “Naz-LİFAN” markalı minik avtomobili alınaraq növbədə dayanan müharibə əlillərinin istifadəsinə verilib. Amma nazirlik tərəfindən digər məqsədlər üçün “Naz-LİFAN” markalı minik avtomobili alınmayıb. Yeri gəlmişkən, bu müddətdə hələ bir nəfər belə bu maşınlardan narazılığını bildirməyib", - deyə Elman babayev bildirib.

Aktual.az

Xəbər 588 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR