Pakistanın Pəncab vilayəti nazirlərindən birinin evində baş verən partlayış nəticəsində ən azı 8 nəfər ölüb, 20 nəfər yaralanıb.
Aktual.az xəbər verir ki, Frans Press-in yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumatda partlayışın nazir Şuja Xanzadanın evinin damında baş verdiyi bildirilir. Partlayış baş verən zaman nazir öz tərəfdarları ilə toplantı keçirirmiş.
Hadisə yerində xilasedicilər işləyir. Nazirin özünün də dağıntılar altında qaldığı xəbərini Röyter yayıb.
Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir. (axar.az)