Nazirdən məktəbli formasına görə yaranan fikir ayrılıqları ilə bağlı AÇIQLAMA

Nazirdən məktəbli formasına görə yaranan fikir ayrılıqları ilə bağlı   AÇIQLAMA

"Şagirdlərin məktəbdə yalnız öz bilik səviyyələri ilə seçilmələrinin tərəfdarıyıq"

Təhsil naziri Mikayıl Cabbarov məktəbli formalarının dizaynının mütəmadi olaraq dəyişdirilməsi ilə bağlı valideynlər arasında yaranan fikir ayrılıqlarına münasibət bildirib.

Aktual.az  Report-a istinadən xəbər verir ki, nazir AZTV-yə müsahibəsində valideynlərin bu məsələni müzakirə etmək haqqının olduğunu vurğulayıb: "Hər il hansısa təhsil müəssisəsi məktəbli formalarının dizaynını, yaxud formasını dəyişirsə, onda valideynlər də bu məsələni, təbii ki, müzakirə etməlidir. Bu kimi məsələlərdə fikir ayrılıqları varsa, valideyn komitələri vasitəsilə, yerli təhsil idarələrinə və nazirliyə müraciət edilə bilər. Belə qərarların verilməsi konsorsium nəticəsi əsasında olmalı, müzakirələrdən keçməlidir".

Nazir qeyd edib ki, məktəbli formasının tədbiqində əsas məqsəd hər kəs üçün bərabər imkanların yaradılmasıdır: "Şagirdlərin məktəbdə yalnız öz bilik səviyyələri ilə seçilmələrinin tərəfdarıyıq".

Xəbər 477 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR