Cənubi Koreyanın müdafiə naziri Şimali Koreya prezidenti Kim Çen Inı öldürməklə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Aktual.az qafqazinfo-ya istinadən bildirir ki, parlamentdə jurnalistlərin suallarını cavablandıran Cənubi Koreyanın müdafiə naziri Han Min-Koo belə bir planın olduğunu açıqlayıb. O eyni zamanda Şimali Koreyanın digər idarəetmə kadrlarının da öldürüləcəyi ilə bağlı planlarının olduğunu vurğulayıb.
Buna səbəb kimi isə Şimali Koreyanın 6-cı ballistik nüvə silahı ilə bağlı hazırlıqlar görməsini göstərib.