Nazir yeni müdir təyin etdi

Nazir yeni müdir təyin etdi

Tərtər Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub.

Aktual.az-ın Report-a istinadən məlumatına görə, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Surxay Xasay oğlu Mirzəyev Tərtər Rayon Təhsil Şöbəsinə müdir təyin edilib. S.Mirzəyev bundan əvvəl rayon təhsil şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Tərtər Rayon Təhsil Şöbəsinin əvvəlki müdiri Aydın Qarayev işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

Xəbər 654 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR