"Bu il Azərbaycana gələn turistlərin sayında kifayət qədər artım müşahidə olunub".
Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdeyib. Nazir bildirib ki, viza rejiminin sadələşdirilməsi, qonaqpərvərlik sahəsində aparılan iş müsbət nəticəsini verməkdədir: "Hazırda biz otellərdə yerlərin məhdudluğu ilə rastlaşırıq. Azərbaycana gələn insanlar otellərdə çox vaxt yer tapa bilmirlər. Bu, stimuldur. Növbəti mərhələdə yeni otellərin tikilməsi nəzərdə tutulur".