"Şuşada yeni teatr binasının inşa edilməsi məsələsi nəzərdən keçirilir”.
APA xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Şuşa Azərbaycan Prezidentin qərarı ilə qoruq elan edilib: "Şuşanın Baş planı təsdiq edilsə də, təfsilatlı plan hazırlanmaqdadır. Belə ki, orada hansı mədəniyyət müəssisələrinin olacağı müzakirə mövzusudur. Nəzərə alsaq ki, Şuşanın ərazisi o qədər də böyük deyil, ona görə də biz orada mədəniyyət və digər müəssisələrin yerləşməsini optimal şəkildə müəyyən etməliyik”.
Nazir əlavə edib ki, Şuşada teatr binasının inşa edilməsi məsələsi gündəmdədir.
Xəbər 3283 dəfə oxunub.