Nazir səfirlə görüşdü

Nazir səfirlə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi əl-Bərrakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və İraq xalqları arasında tarixi və ənənəvi dostluq əlaqələrinin olduğu vurğulanıb. E. Məmmədyarov 29 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Nyu-Yorkda İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri ilə iki ölkə əlaqələrinin inkişafına həsr edilmiş məhsuldar görüşünü xatırladıb.

Səfir diplomatik fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib. O, Bakı və Bağdad arasında açılan birbaşa hava uçuşlarının iki ölkə arasında iqtisadi-ticarət, turizm və insanlararası əlaqələrin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

Nazir səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Xəbər 445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR