Saatlıda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin noyabrın 20-də Saatlıda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.