"Biz Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü üzərində işləyirik".
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
Onun sözlərinə görə, görüşün Azərbaycanda keçirilməsi nəzərdə tutulur: "İran prezidenti daha öncə Azərbaycana səfər edib. Sonra Azərbaycan prezidentinin İrana səfəri baş tutdu. İran prezidenti üçtərəfli görüşdə iştirak etməkdən məmnun olacaq".