Dövlət İmtahan Mərkəzinin yaradılması nəticəsində baş verəcək yeniliklər və dəyişikliklər barədə danışmaq bir qədər tezdir. Müəyyən dövrdən sonra bu məsələlər aydın olacaq.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini Ceyhun Bayramov yeni yaranan Dövlət İmtahan Komissiyası barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Dövlət İmtahan Mərkəzinin əsasnaməsinə görə Direktorlar Şurası 7 nəfərdən ibarətdir. Artıq bütün tərkib tam olaraq formalaşdırılıb. Qeyd edildiyi kimi qurum təzə yaradılıb. DİM-i öncə fəaliyyət göstərən 2 qrumun birləşdirilməsi nəticəsində yaradılıb. Müvafiq qanunvericiliyə uyğun olaraq yeni qurumun sənədləri qeydiyyatdan keçməlidir. Daha sonra fəaliyətə başlayacaq, müəyyən dövr ərzində bu iki sturuktur fəaliyyətlərini davam etdirəcək”.