Nazir istefa verdi Bakıdan qayıdan kimi

Nazir istefa verdi  Bakıdan qayıdan kimi

Zorian Şkiryak Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti sədri vəzifəsindən istefa verib.

Virtualaz.org saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, Dövlət Xidməti sədri vəzifəsini müvəqqəti icra edən Z.Şkiryak istefa ərizəsini özü könüllü şəkildə yazıb.

“Mən Ukraynanın baş naziri Arseniy Yatsenyuka ərizə ilə müraciət edərək ondan məni bu vəzifədən azad etməyi xahiş etdim” - deyə Şkiryak bildirib.

Qeyd edək ki, Z.Şkiryak bundan bir neçə gün əvvəl vətəndaş nikahında olduğu həyat yoldaşı Xramova ilə birlikdə dəhşətli zəlzələnin baş verdiyi Nepala getmişdi. Məqsəd Nepaldakı ukraynalıların xilas olunması əməliyyatlarında iştirak etmək idi.

Lakin bu könüllülər Nepaldan qayıdarkən onları gətirən Ukrayna təyyarəsində nasazlıq yaranmışdı. Məcburən Dehli aeroportuna enən təyyarənin sərnişinlərinin, o cümlədən Ukraynanın fövqəladə hallar naziri əvəzi Z.Şkiryakın Dehli aeroprtunun eniş-uçuş zolağında necə “dincəldiyini” göstərən fotoşəkillər sosial şəbəkələrdə də yayılmışdı.

Bundan sonra həmin təyyarə yanacaq götürmək və təmir üçün Bakıya enmişdi. Ukraynalı nazir Bakıda da 15 saat gözləmişdi. Lakin qonaqlar bu dəfə Azərbaycan FHN-i sayəsində rahat otellərə yerləşdirilmiş, yeməklə təmin olunmuşdu.

Aktual.az

Xəbər 1940 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR