Bakıda sürücüləri avtoxuliqan kimi tutmaqla məşhurlaşan və "Beko Rəşad” kimi tanınan yol polisi əməkdaşının işdən azad olunması barədə məlumat vermişdik.
Aktual.az-ın Avtosfer.az-a istinadən məlumatına görə, bir neçə gün öncə Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsində komandir vəzifəsindən azad edilən Rəşad Nağıyev artıq yeni vəzifəyə təyin edilib. Amma bu dəfə yol-patrul xidmətinə yox, post-patrul xidmətinə təyinat alıb.
Məlumata görə, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Rəşad Nağıyev bundan sonra Xəzər rayon Polis İdarəsinin post-patrul xidmətində işləyəcək.
Aktual.az
Xəbər 1042 dəfə oxunub.