Nazir işçilərinə korrupsiya ilə əlaqədar xəbərdarlıq etdi

Nazir işçilərinə korrupsiya ilə əlaqədar xəbərdarlıq etdi

"Maliyyə Nazirliyi tərəfindən yerlərdə aparılan yoxlamalar onu göstərir ki, bizim yerlərdə müəssisə rəhbərləri arasında, bizim idarələrin özlərində korrupsiya faktları tam aradan qalxmayıb".

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün keçirilən kollegiya iclasında çıxışı zamanı deyib.

Nazir tam əminliklə qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin daxili strukturunda korrupsiya meylləri mövcud deyil.

Onun sözlərinə görə, hər bir korrupsiya faktına çox qəti reaksiya verməlidirlər: "Biz məcburiyyət üzündən 2-3 nəfər şöbə müdirini işdən çıxarmışıq. Bir necə nəfər musiqi məktəbi direktorunun, kitabxana rəhbərinin işdən azad olunmasına qərar vermişik. Artıq keçən ilin mənzərəsinə baxsaq görərik ki, bu proses əvvəllki illərə nisbətən daha mükəmməl, daha ciddi keçirilib. Bu o deməkdir ki, bu gün dövlətimizin siyasəti üçün Azərbaycanda güclü idarəetmə siyasətinin formalaşdırılması siyasəti prioritetdir".

Ə.Qarayev işçilərinə xəbərdarlıq da edib: "Hər hansı müəssisə rəhbərliyi, hansısa şöbə müdiri, hər hansı bir işçi düşünməsin ki, onun nailiyyətləri, gözəl təcrübə qazanması ona bəraət qazandıracaq. Əgər 20 il yaxşı işləmisənsə, halal xoşun olsun. Amma buraxdığın səhvə görə işdən çıxarılmalısan. Biz hüquq-mühafizə orqanları ilə də əməkdaşlıq edirik. Lazım gəldikdə onların da müdaxiləsi olacaq".

Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR