“Şəhidlərə Allahdan rəhmət diləyirəm”.
İlhamə xanım Azərbaycanın müstəqilliyini, dövlətçiliyini ürəyində yaşadan sənətçi idi.
Aktual.az axar.az-a istinadən bildirir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İlhamə Quliyeva ilə vida mərasimində deyib.
O, xalq artistinin ölümünün böyük itki olduğunu diqqətə çatdırıb:
“Bu gün Xocalı faciəsi günüdür. Ümidvaram ki, xalqımız öz torpaqlarını qaytarmağa nail olacaq. Bizim xalqımız ağır itkilər verib. Şəhidlərə Allahdan rəhmət diləyirəm.
O şəhidlərimizin sırasına böyük sənətkarımız İlhamə Quliyevanın da adını yazmaq olar. Çünki İlhamə xanım Azərbaycanın müstəqilliyini, dövlətçiliyini ürəyində yaşadan sənətçi idi”.