Nazir: “Danışıqlar konkret məsələlər ətrafında gedir”

Nazir: “Danışıqlar konkret məsələlər ətrafında gedir”

"Prezidentin də qeyd etdiyi kimi, indiyə qədər danışıqlar bu qədər sürətli və intensiv olmayıb. Hazırda danışıqlar konkret məsələlər ətrafında, substantiv şəkildə gedir. Ardıcıl, intensiv danışıqlar nəticəsində həllini tapmamış məsələlərdə müəyyən irəliləyişə nail ola bilərik".


Aktual.az APA-ya istinadən bildirir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Sankt-Peterburq görüşündən sonra Rusiya prezidenti Vladimir Putin Fransa və ABŞ prezidentləri ilə telefon danışığı aparıblar: "Sergey Lavrov da Azərbaycan və Ermənistan səfərlərinin nəticələrini Putinə çatdıracaq. Bundan sonra konkret qərar qəbul ediləcək ki, növbəti addımlar nədir. Bu addımlara prezidentlərin görüşü də daxildir. Görüşün Fransa və ya başqa ölkədə keçirilməsindən asılı olmayaraq, əsas məqsəd odur ki, konkret mövzular ətrafında müzakirə aparılsın. Bu danışıqlar əbədi gedə bilməz".

Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR