İxtisarlar davam edir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ixtisarlar davam edir.
Bu barədə Aktual.az unikal.org-a istinadən məlumat verir.
Belə ki, nazir Ramin Quluzadənin əmri ilə Xəzər Rayon Telekommunikasiya Qovşağının rəisi Cavid Həsənov vəzifəsindən kənarlaşdırılıb.
Xəbəri Xəzər Rayon Telekommunikasiya Qovşağından da təsdiqləyiblər.
Hazırda Cavid Həsənovdan boşalan vəzifəni baş mühəndis Fərhad Əliyev icra edir.