Nazir: "Azərbaycanın suverenliyi İran üçün olduqca vacibdir"

Nazir:

"Azərbaycanın suverenliyi İran üçün olduqca vacibdir".

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Bakıda jurnalistlərə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi deyib.

O, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını pisləyib və Dağlıq Qarabağ münaqişəsi zonasında əsgər və dinc sakinlərin həlak olması ilə bağlı Azərbaycan xalqına başsağlığını bildirib.

Nazir hesab edir ki, Azərbaycan-İran münasibətləri bu gün olduğu qədər heç vaxt belə yüksək səviyyədə olmayıb: "İki ölkə arasında dostluq və qardaşlıq münasibətləri qurulub. Münasibətlərin belə yüksək səviyyəyə çatmasında ölkə başçılarımızın böyük xidməti var".

Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR