Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır

Nazir:   Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır

Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır. 

Bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarov deyib.

Nazir qeyd edib ki, Azərbaycan bütün fəaliyyəti ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olmayan Minsk qrupunun fəaliyyətindən narazıdır.

E.Məmmədyarov əlavə edib ki, rəsmi Bakı ATƏT-in Minsk qrupu həmsədrlərinin AŞ PA-nın qış sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət üzrə məruzəyə baxılması ilə bağlı bəyanatını digər ölkələrə təzyiq kimi qiymətləndirir.

Nazir qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) öz narazılığını həmsədr ölkələrin xarici siyasət idarələrinə çatdırıb: 

“Mən Rusiya, Fransa və ABŞ xarici işlər nazirlərinə məktub ünvanlamışam və Bakının mövqeyini onların diqqətinə çatdırmışam. Azərbaycanın istənilən məsələni beynəlxalq arenada qaldırmaq kimi suveren hüququ var və heç kimin ölkənin suveren işlərinə qarışmaq haqqı yoxdur”.

Azərbaycan XİN rəhbəri həmçinin Türkiyə və Rusiya arasında yaşanan qarşıdurmaya toxunub.

Türkiyə və Rusiya arasında qarşıdurma Azərbaycanı narahat edir. 

Nazir bildirib ki, rəsmi Bakı bu qarşıdurmanın region ölkələrinə mənfi təsir etməyəcəyinə ümid edir.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bundan əvvəl Türkiyə və Rusiya xarici işlər nazirləri ilə region ölkələri arasında münasibətlərə zərər vurmaması üçün gərginliyin azaldılması məqsədilə danışıqlar aparıb: 

“Bizim Türkiyə ilə strateji tərəfdaşlığımız var və Rusiya illə də sıx münasibətləri saxlayırıq. Bununla əlaqədar olaraq, biz məsələnin həlli üçün maksimum səy göstərməyi təklif edirik”.

 Aktual.az

Xəbər 496 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR