Nazir 7 müşavirini işdən çıxardı

Nazir 7 müşavirini işdən çıxardı

Azərbaycanın vergilər naziri Fazil Məmmədov müşavirlərinin sayını 13-dən 7-ə azaldıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Vergilər Nazirliyindən verilən məlumata görə, Asəf Əsədov, Akif Musayev, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Namiq Quliyev və Müsavər Nəbiyev müşavir vəzifəsindən azad olunublar.

Bundan başqa, Tariyel Quliyev nazirin yeni müşaviri təyin olunub.

Beləliklə, nazir F.Məmmədovun müşavirləri - Ələkbər Məmmədov, Riyad Hüseynov, Məhəmmd Sadıqov, Qabil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev və Tariyel Quliyevdir.

Nazirlikdən o da bildirilib ki, müşavir vəzifəsindən azad olunan şəxslər Nazirliyin digər struktur bölmələrinə təyinat alıblar.

Xəbər 481 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR