Nazir: " 500-dən artıq hərbçiyə mənzil veriləcək"

Nazir:

Hərbi Hava Qüvvələrinin növbəti aviabazasında yeni inşa edilən iki yaşayış binasının açılış mərasimi keçirilib.

Aktual.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ümumilikdə üçotaqlı 100 mənzildən ibarət beşmərtəbəli binalar kommunikasiya xətləri ilə təchiz olunaraq mərkəzləşdirilmiş istilik sisteminə qoşulub. Ərazidə yarımstansiya, su anbarı tikilib. Binaların ətrafı asfaltlanıb və kanalizasiya sistemi quraşdırılıb. Yaşayış kompleksinin ərazisində yaşıllaşdırma və abadlıq işləri görülüb, hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.

Xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində uçuş və texniki heyət, eləcə də onların ailə üzvləri ilə görüşən müdafiə naziri, general-polkovnik Zakir Həsənov nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edib.
Nazir bildirib ki, son iki ay ərzində artıq beşinci binadır ki, inşa edilərək istismara verilib. O cümlədən daha bir beşmərtəbəli binanın tikintisinin sona çatdırılması nəzərdə tutulur. Yeni ilədək 500-dən artıq ailəli hərbi qulluqçular isti, geniş, təmirli və tam təchiz olunmuş mənzillərdə yerləşdiriləcək. Bundan əlavə, hazırkı vaxta kimi 1000-dək subay hərbi qulluqçu xidməti mənzillərlə təmin olunub. Yaxın aylarda daha beş bina inşa ediləcək və ailəli hərbi qulluqçuların istifadəsinə veriləcək. Yaxın vaxtlarda Gəncə şəhərində 490 hərbi qulluqçu daimi mənzillə təmin olunacaq.

Nazir deyib ki, müasir silah-sursat, döyüş texnikası, aviasiya vasitələri və avadanlıq alınaraq silahlanmaya daxil edilir, hərbi şəhərciklərin ərazilərində hazırkı tələblərə cavab verən yeni infrastruktur yaradılır. Görülən kompleks tədbirlər, hərbi sahəyə ayrılan maliyyə dövlətin və ölkə başçısının Silahlı Qüvvələrə göstərdiyi qayğının bariz nümunəsidir: "Qısa dövr ərzində ordumuz düşmənə zərbələr vuraraq əsas istiqamətlərdə onu sarsıdıb. Haqq işimizi davam etdirəcəyik. Ərazilərimizin işğaldan azad edilməsində digər qoşun növləri ilə bərabər aparıcı qüvvə heç şübhəsiz ki, həm də Hərbi Hava Qüvvələridir. Bu vəzifənin yerinə yetirilməsi bizim üzərimizə düşür. Əminəm ki, Azərbaycan əsgəri silahı gücünə xalqımızın və Prezidentin etimadını doğruldacaq".

Xəbər 457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR