Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən keçmiş deputat Nazim Bəydəmirlinin barəsində həbs qətimkan tədbiri seçilib.
Aktual.az-ın xəbərinə görə, bu barədə Nərimanov Rayon Məhkəməsi qərara çıxarıb.
Qərara əsasən, N.Bəydəmirlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, vətəndaş polisə müraciət edərək sabiq deputat N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 24-də sabiq deputata 10 min manat versə də, N.Bəydəmirli qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını deyib. Daha sonra N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb.
Xəbər 558 dəfə oxunub.