Nazarbayev öz varisini hakimiyyətə gətirdi

Nazarbayev öz varisini hakimiyyətə gətirdi
  • DÜNYA

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə rəhbərliyində kadr dəyişiklik həyata keçirib.

Bu barədə Aktual.az AzVision.az-a istinadən xəbər verir.

Məlumata əsasən, ölkənin milli təhlükəsizlik komitəsi sədrinin 1-ci müavini postuna prezidentin qardaşı oğlu Abiş Səməd Nazarbayev gətirilib. Daha əvvəl qurumda müavin funksiyalarını icra edən Vladimir Jumakanov isə komitənin yeni sədri olub.

37 yaşlı Abiş Səməd Nazarbayev Qazaxıstan və Rusiyada kəşfiyyat akademiyalarını bitirib. Son vaxtlar isə Milli Təhlükəsizlik Komitəsinin Astana şəhəri üzrə idarəsinin rəisi kimi çalışdırdı. Nazarbayevin qardaşı oğlu general-mayor rütbəsi daşıyır.
Qeyd edək ki, Nazarbayevin qızı Dariqa Nazarbayeva baş nazirin müavini təyin etmişdi.

Xatırladaq ki, daha əvvəl Qazaxıstan KİV-i Abiş Səməd prezidenti Nursultan Nazarbayevin varisi olmasına dair çoxsaylı məlumatlar dərc etmişdi.

Xəbər 2991 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR