Nazarbayev: “Dünyaya əsl böhran yaxınlaşır”

Nazarbayev: “Dünyaya əsl böhran yaxınlaşır”
  • DÜNYA

Avropa və Şərqi Asiyada iqtisadiyyatın vəziyyətinin tezliklə normallaşacağını proqnozlaşdırmaq mümkün deyil.
Aktual.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Baş nazir Kərim Məsimovla görüşündə söyləyib.

Onun sözlərinə görə, artıq Qazaxıstan əhalisi ölkənin gəlirlərinin azalması və müəyyən iş yerlərinin ixtisara düşməsi haqda məlumata sahibdir:

“Dünyaya əsl böhran yaxınlaşır. Bu, 2007 və 2009-cu illərdəki böhranlardan daha güclü olacaq. Hökumətə analiz aparmağı və anti-böhran planını hazırlamağı tapşırıram”.

Nazarbayevin sözlərinə görə, şirkətlər gözləməməlidirlər ki, dövlət onları maliyyə vəsaitləri ilə təmin edəcək: “Milli Fondun pullarından yeni obyektlərin tikilməsini, pis işləyən şirkətlərə subsidiyalar verilməsi üçün istifadə edilməsini qadağan edirəm. Bu, situasiya zamanı bilinəcək ki, hansı sahələr daha effektli işləyəcək”.

Xəbər 528 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR