Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə müstəqilliyinin 25-ci ildönümü ilə bağlı amnistiya haqqında qanunu imzalayıb.
Aktual.az publika.az -a istinadən xəbər verir ki, bu haqda dövlət başçısının mətbuat xidmətindən bildirilib.
Mətbuat xidməti dərc etdiyi xəbərində prezidentin sözlərini sitat gətirib. Dövlət başçısı qeyd edib ki, amnistiya dövlət tərəfindən yaxşı niyyətin göstəricisidir.
Nursultan Nazarbayev bildirib ki, amnistiyaya əsasən, vətəndaşların ictimai cəhətdən zəif kateqoriyaları, həddi-buluğa çatmamış, hamilə qadınlar, əlillər, yaşlılar və həddi-buluğa çatmamış uşaqları olan qadınların cəzası bağışlanacaq.
Dövlət başçısı vurğulayıb ki, müstəqillik illərində ölkədə 8 dəfə amnistiya elan edilib. Amnistiya 28 min nəfərə şamil olunacaq.
Aktual.az
Xəbər 186 dəfə oxunub.