Naxçıvandan Ermənistana keçən bəbirlər minaya düşüb

Naxçıvandan Ermənistana keçən bəbirlər minaya düşüb

"Gələn il Azərbaycanın Milli Parklarında quraşdırılması üçün daha 40 fototələ alınacaq”.

"Report” xəbər verir ki, bunu Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov deyib.
Onun sözlərinə görə, 50-ə yaxın yeni fototələ alınıb: "Bu il əlavə fototələlər almağa imkanımız yoxdur. Amma gələn il bunu həyata keçirə biləcəyik. Gələn il üçün 40-a yaxın fototələlərin alınması nəzərdə tutulur. Hazırda yalnız iki – Zəngəzur və Hirkan Milli Parklarında ümumilikdə 120 fototələ var. Fototələlər əsasən "Bəbirlərin mühafizəsi” layihəsi çərçivəsində alınıb. Amma bu qurğu yalnız bəbirləri deyil, qarşısından keçən bütün heyvanları çəkir”.
"Fototələ ilk növbədə quraşdırıldığı ərazidə heyvanların olub-olmamasını müəyyən etməyə kömək edir. Fototələlər heyvanların cığırları üzərində yerləşdirilir. 10-15 metrdən keçən heyvanların şəklini çəkir. İkincisi, həmin heyvanların cinsini, yaşını, heyvanların gəzmə arealını, fəsli və gündəlik miqrasiyasını müəyyənləşdirir. Misal olaraq, Naxçıvanda bəbirlərdən bir neçəsi Ermənistana keçərkən minaya düşmüşdü və gördük ki, erkək bəbirlərin ayaqları yaralanmışdı. Fototələlər vasitəsilə müşahidə etdik ki, onlar bir ay çox zəifləmişdilər, sonra isə yenidən adaptasiya oldular. Hətta bəbirlərdən biri 3 ayaqla 170 km yol qət etmişdi”- deyə o, vurğulayıb.


Aktual.az
Xəbər 548 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR