Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Agentliyi üzrə 2017-ci ilin fevral ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.
Aktual.az azvision.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda elektrik enerjisi ödənişi 100 % nəticə ilə yerinə yetirilib.
Açıqlanan statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin elektrik enerjisi borcu qeydə alınmayıb.
Xəbər 863 dəfə oxunub.