Naxçıvanda duz istehsalı dayandırılıb

Naxçıvanda duz istehsalı dayandırılıb

Son zamanlar Naxçıvan Muxtar Respublika ərazisində yerli duzun istehsalı ilə bağlı problemlər yaranıb.
Aktual.az-ın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib ki, duz dağ massivində yerləşən 5 №-li duz mədənində texniki təhlükəsizliyin gücləndirilməsi baxımından müvafiq işlərin görülməsinə zərurət yarandığından, eləcə də gələcəkdə duz istehsalı prosesinin daha yüksək keyfiyyətdə təşkil olunması məqsədilə şaxtadan duzun çıxarılması müvəqqəti olaraq dayandırılıb.
"Bu səbəbdən hazırda "Naxçıvan Duz İstehsalı” MMC-də istehsal və qablaşdırma prosesi həyata keçirilmir", - məlumatda qeyd olunub.
Qeyd olunub ki, ötən müddət ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi əhalinin, eləcə də duz məhsulundan xammal kimi istifadə edən istehsal müəsisələrinin adıçəkilən məhsula olan tələbatının fasiləsiz və dayanıqlı təmin olunması məqsədilə ölkəmizin digər bölgəsində istehsal olunan yerli və qonşu ölkələrdə istehsal olunan analoji məhsulların sahibkarlar tərəfindən muxtar respublikaya gətirilməsi prosesini nəzarətdə saxlanılıb".


Xəbər 74 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR