“Laborator müayinələrlə Azərbaycanda kəskin respirator viruslar aşkar olunur, amma bu günə kimi ölkədə “donuz qripi” aşkarlanmayıb. Bunun üçün laborator təsdiq lazımdır, laborator təsdiq yoxdursa, deməli, “donuz qripi” aşkarlanmayıb”.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Direktor müavini deyib ki, Naxçıvan Muxtar Respublikasında da epidemioloji vəziyyət tam sabitdir: “Naxçıvanda “donuz qrip”nin qeydə alınması barədə yayılanlar isə şayiədir. Təbii ki, orada da respirator viruslar aşkarlanır, amma “donuz qripi” qeydə alınmayıb. Heç kim şayiələrə inanmasın”.