Naxçıvanda dezinfeksiya tədbirləri aparılır - “Donuz qripi”nə görə

Naxçıvanda dezinfeksiya tədbirləri aparılır   - “Donuz qripi”nə görə

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi muxtar respublikada “donuz qripi”nə (A/H1N1) qarşı görülən qabaqlayıcı tədbirləri açıqlayıb.


Aktual.az-ın APA-ya istinadən məlumatına görə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi bildirir ki, Azərbaycan Respublikası, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan ölkələrdə “donuz qripi”nə (A/H1N1) görə epidemioloji vəziyyətin kəskin ağırlaşması ilə əlaqədar olaraq zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, tibb işçiləri və əhali arasında geniş səhiyyə maarifi işlərinin aparılması davam etdirilir.

Muxtar respublika ərazisində “donuz qripi” virusu ilə bağlı təhlükəli hala rast gəlinməsə də, bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planı hələ ötən il dekabrın 24-də muxtar respublikanın bütün şəhər və rayon tibb müəssisələrinə paylanıb. Tədbirlər planına əsasən, Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında və bütün rayon mərkəzi xəstəxanalarında çalışan pediatrların, terapevtlərin, həkim ambulatoriyalarında, feldşer-mama məntəqələrində işləyən sahə tibb işçilərinin, məktəb və məktəbəqədər uşaq müəssisələrinin tibb bacılarının və ərazi Gigiyena və Epidemiologiya mərkəzlərinin həkim-epidemioloq, epidemioloq köməkçiləri, dezinfektor təlimatçılarının iştirakı ilə geniş elmi-praktik seminarlar keçirilib. Tədbirin keçirilməsində məqsəd sahə tibb işçiləri tərəfindən ev gəzintilərinin intensivliyinin artırılması, qrip xəstəliyinə bənzər əlamətlər olan hallarda həmin xəstələrin və xəstələrlə təmasda olan, onlara qulluq göstərən şəxslərin tibbi nəzarətdə saxlanılması, məktəb və məktəbəqədər müəssisələrin tibb bacıları tərəfindən məktəb və bağçaların girişində tibbi müşahidənin aparılması, uşaqlar, müəllimlər, tərbiyəçilər və başqalarında qrip xəstəliyinə şübhəli hal aşkar olunduqda dərhal sağlam kollektivdən təcrid olunaraq evdə ambulator müalicəyə cəlb olunmasından ibarətdir.

Tibb bacılarına kəskin xəstəlik əlamətləri olan şəxslərin stasionar şəraitdə həkim nəzarəti altında müalicə almaları, ehtiyac olduğu halda Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə köçürülməsi tapşırığı verilib. Xəstəliyin profilaktikası məqsədilə Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış yaddaş vərəqələrinin əhali arasında paylanması təmin edilib. Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən məktəb və məktəbəqədər uşaq müəssisələrində, ictimai iaşə obyektlərində, əhalinin daha sıx olduğu ictimai yerlərdə, məişət tullantısı meydançalarında dezinfeksiya tədbirlərinin aparılması intensiv xarakter alıb. Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzində və rayon mərkəzi xəstəxanalarının yoluxucu xəstəliklər şöbələrində bu məqsədlə lazımi palatalar hazırlanıb, dərman preparatları ilə təchiz edilib

Xəbər 395 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR