Naxçıvana neçə PUA ilə hücum edilib? – İran səfirliyi

Naxçıvana neçə PUA ilə hücum edilib? – İran səfirliyi

Naxçıvan aeroportuna düşən İran PUA-larının sayı ən azı ikidir.
Bu barədə Aktual.az-a İranın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, "Şahid” PUA-ları olduğu ehtimal edilən dronların Naxçıvan aeroportuna hücum etdiyi, yoxsa təsadüfən düşdüyü haqda heç bir bilgiyə sahib deyillər:
"Xoşbəxtlikdən ciddi xəsarət alan yoxdur. Dronlar ora səhvən düşdüyü, yoxsa hücum etdiyi haqda məlumatımız yoxdur. Bu barədə rəsmi cavab almamışıq”.
Xatırladaq ki, bu gün İranın PUA-ları naxçıvan aeroportuna düşüb. Dronlardan biri hava limanına ziyan verib, digəri isə aeroport yaxınlığındakı məktəb ərazisinə düşüb.
Xəbər 198 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR